Azərbaycan 1-ci liqasında 16-cı turun oyunları keçirilib. "Səbail" PFK doğma meydanda "Baku Sportinq"lə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qapılara qol vurulmayıb. Adil Şükürovun rəhbərlik etdiyi komanda növbəti turda "Cəbrayıl"la qarşılaşacaq.
I Liqa, 16-cı tur
“Səbail” - "Baku Sportinq" 0:0