I Liqada 18-ci turun oyunları keçirilib. “Səbail” PFK səfərdə “Mingəçevir”lə qarşılaşıb. Komandamız rəqibi üzərində minimal hesablı çətin qələbə qazanıb. Komandamızın yeganə qolunun müəllifi Qurban Səfərov olub. "Səbail" növbəti qarşılaşmada doğma arenada MOİK-i qəbul edəcək. Həmin oyun 18 mart saat 18:00-da start götürəcək.
I Liqa, 18-ci tur
“Mingəçevir” - “Səbail” 0:1
Qol: Qurban Səfərov, 45.