“Səbail” PFK Azərbaycan milli komandasının da formasını geyinmiş Mehdi Cənnətovla 1+1 illik müqavilə imzalayıb. Rusiyanın “Anji” klubunun yetirməsi olan 34 yaşlı qolkiper ölkəmizdə “Sumqayıt” və “Zirə”də çıxış edib.
Qeyd edək ki, Cənnətov həmçinin Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.