2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK Premyer Liqada “Şamaxı” və “Zirə”nin formasını geyinmiş Fuad Bayramovu heyətinə qatıb. 28 yaşlı cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fuad Bayramov Premyer Liqada “Şamaxı” və “Zirə”nin heyətində ümumilikdə 75 oyuna çıxıb 6 qol vurub və 9 qol ötürməsi edib.