Azərbaycan 1-ci liqasında 2026-2027-ci il mövsümünə start verilib. "Səbail" PFK ilk turda səfərdə "Xankəndi" ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qarşılaşmada komandamızdan yeganə qolu 13-cü dəqiqədə Rubin Seyidov vurub.
Qeyd edək ki, "Səbail" PFK növbəti oyununu "Mingəçevir"ə qarşı keçirəcək. Görüş 10 sentyabr tarixində saat 16:30-da Binə qəsəbə stadionunda baş tutacaq.
1-ci Liqa
İlk tur
"Xankəndi" - "Səbail" 1:1
Qollar: Musa Musazadə, 33 - Rubin Seyidov, 13.