Premyer Liqanın son turunda “Araz-Naxçıvan”la oyundan öncəki məşqlərin birində zədələnən müdafiəçimiz Süleyman Əhmədov bu gün Türkiyənin İstanbul şəhərində tanınmış cərrah Prof.Dr. Berkin Tokey tərəfindən uğurlu əməliyyat keçirib. Süleyman Əhmədovun 2 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.