“Səbail” PFK Premyer Liqanın 2023/2024-cü illər mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib. Komandamız baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib. Nəzərinizə çatdıraq ki, “Səbail” PFK hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. “Miracle Resort” hotelində məskunlaşacaq komandamız qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək. Rəqiblərimiz Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.