Antalyada təlim-məşq toplanışını başa vuraraq dünən axşam saatlarında Bakıya qayıdan “Səbail” PFK bu gün “ASCO Arena”da “Zirə” ilə oyunun hazırlığına başlayıb. Qeyd edək ki, komandamız Premyer Liqanın 19-cu turunda doğma meydanda “Zirə” ilə qarşılaşacaq. Oyun saat 15:00-da “ASCO Arena”da start götürəcək.