1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın zamanı 106 qadın, 63 azyaşlı uşaq, 70 nəfər qoca olmaqla, ümumilikdə isə 613 nəfər dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Soyqırım zamanı 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalı faciəsi erməni millətçilərinin uzun illər xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Allah şəhidlərimizə rəhmət eləsin!