“Səbail” PFK-nın futbolçusu - Səlahət Ağayev Azərbaycan milli komandasına dəvət alıb. Millimiz “FİFA series - Edition 2024” layihəsi çərçivəsində martın 22-də Monqolustan və martın 25-də Bolqarıstan millisi ilə qarşılaşacaq. Hər iki oyun Bakıda keçiriləcək. Qeyd edək ki, futbolçumuz Rüfət Abdullazadə millinin ehtiyat oyunçuları siyahısındadır.