Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə, martın 26-da isə Ukrayna ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Səbail” PFK-nın 2 futbolçusu - Samir Abdullayev və Zeynəddin Abdurahmanov yığmaya dəvət alıb. U-21 millimizin toplanışı 18-26 mart tarixlərini əhatə edəcək.