Bu gün “Səbail” Peşəkar Futbol Klubunun və Azərbaycan milli komandasının mərhum futbolçusu Şəhriyar Rəhimovun anadan olmasının 35-ci ildönümüdür. Şəhriyar Rəhimov karyerası ərzində “İnter”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarında çıxış edib. O, həmçinin 9 dəfə Azərbaycan milli komandasının da formasını geyinib. Futbolçu karyerasını 2022-ci ildə bitirmiş Şəhriyar həmin ildən dünyasını dəyişənə qədər “Səbail” PFK-da skaut vəzifəsində çalışıb. Bir daha Onun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına səbir diləyirik.
DAİM QƏLBİMİZDƏ YAŞAYACAQSAN, ŞƏHRİYAR!