21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Səbail” PFK-nın futbolçuları - Samir Abdullayev və Zeynəddin Abdurrahmanov millimizə dəvət alıblar. Qeyd edək ki, Azərbaycan U-21 yığma komandası 1-11 iyun tarixlərində təlim-məşq toplanışı keçirəcək. Millimiz toplanış çərçivəsində iyunun 7-də Bratislavada Slovakiya, 11-də isə Bakıda Bolqarıstanın müvafiq yaş qrupu üzrə komandalarına qarşı beynəlxalq yoldaşlıq görüşünə çıxacaq.