“Səbail” PFK 2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirir. "Dənizçilər" Fərid Nəbiyevin ardından 5 futbolçumuzla yeni müqavilə imzalayıb. Belə ki, Rüfət Abdullazadə və Hüseynəli Quliyev 2 il müddətinə, Samir Abdullayev, Yusif Nəbiyev, Süleyman Əhmədov isə 1 illik yeni sazişə imza atıb.