"Səbail" PFK Azərbaycan Kubokunda "Şəfa" - "Şəmkir" cütünün qalibi ilə qarşılaşacaq.
Bu gün Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib. Yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq olan komandamız II Liqa təmsilçiləri "Şəfa”- "Şəmkir" cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 28-30 noyabr tarixlərində keçiriləcək.