"Səbail" Peşəkar Futbol Klubunun qız futbolçulardan ibarət komandası ilk oyununu keçirib. Təmsilçimiz Noyabrın 12-də AFFA U-14 Qızlar Lİqası çərçivəsində "İnter"lə (Xaçmaz) qarşılaşıb. Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizçilər"in heyətində Suel Polikarpova, Yasmin İsazadə, Tahirə Rəcəb və Məryəm Səmədli fərqlənib.