Misli Premyer Liqasının 13-cü turunun oyunları keçirilib. "Səbail" "ASCO Arena"da "Turan Tovuz"la qarşılaşıb. Oyuna yaxşı başlayan tərəf komandamız olub. İlk dəqiqələrdən rəqibin cərimə meydançasında təzyiq yaradan "dənizçilər" bir neçə dəfə hesabı açmağa yaxın olsa da, epizodlar qolla nəticələnməyib. Matçın 40-cı dəqiqəsində Suliman Alluşun ötürməsini Rüfət Abdullazadə qolla tamamlayıb. 2 dəqiqə sonra rəqib penalti qazanıb. Tovuz təmsiliçisinin heyətində topun arxasına Kristian da Silva keçsə də, zərbəni qeyri-dəqiq yerinə yetirib. İlk hissə "Səbail"in hesabda 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissə qarşılıqlı hücumla şəraitində keçib. Matçın 86-cı dəqiqəsində rəqib Fərid Hacıyevin qolu ilə hesabı bərabərləşdiribş. Qalan dəqiqələrdə başqa qol olmayıb və görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Elvin Məmmədov (“Səbail” PFK-nın məşqçisi): "Yaxşı oyun oldu. Dörd günlük periodda komandamıza kömək etmək üçün çalışdıq. Nə qədər alınıb,və ya alınmadığı sonranın işləridir. Bu gün üçün 1 xal bizi sevindirir".