Misli Premyer Liqasının X turu qapıçımız Səlahət Ağayev üçün yubileylə əlamətdar olub. “Neftçi” ilə qarşılaşmada meydana çıxan qolkiperimiz Azərbaycan çempionatları tarixində 250-ci oyununu keçirib. Statistikaya görə, o, ümumilikdə 250 oyunda qapısında 255 top görüb. Qeyd edək ki, Səlahətin debütü 2010/11 mövsümündə gerçəkləşib. Həmin vaxt MOİK-də (8 oyun, 8 qol buraxıb) çıxış edən qolkiperimiz “Səbail”ə (10, -15) qədər “Şamaxı” (90, -74), “Sumqayıt” (39, -50), “Neftçi” (56, -50), “Sabah” (17, -20) və “Qəbələ”də (30, -38) də forma geyinib. Karyerası ərzində Premyer Liqanın 7 klubunda çıxış edən Ağayev ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 5-ci qapıçı kimi düşüb. Yarışın 31 illik tarixində yalnız 4 qolkiper daha çox matça çıxıb (PFL.AZ).